"Playboy"dan çılpaq fotolara qadağa

"Playboy"dan çılpaq fotolara qadağa
2631 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın məşhur kişi jurnalı "Playboy" dizaynı ilə bağlı gözlənilməz qərar qəbul edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, jurnalın yaradıcısı 89 yaşlı Hyu Hefner artıq jurnalda qadınların çılpaq fotolarının yer almaması ilə bağlı göstəriş verib.

Dərginin icraçı direktoru Skott Flanders qeyd edib ki, jurnal növbəti ildən yeni dizaynda daha müasir olacaq:

"Biz açıq-saçıq fotoların dərci üçün mübarizə apardıq və qalib gəldik. Artıq həmin dövr arxada qalıb. İndiki zamanın tələbi fərqlidir. İndi istənilən adam internetdə çılpaq fotolara pulsuz da baxa bilir".

"Playboy"un digər bölmələri isə olduğu kimi qalacaq. Eləcə də, jurnalda açıq-saçıq qadın fotoları yenə də yer alacaq.