"Məni həzm edə bilmirlər" - İlhamə Quliyeva

"Məni həzm edə bilmirlər" -  İlhamə Quliyeva
3509 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kim mənim ölümümü arzulayırsa, özü öləcək. Pislik diləyənin, öz başına gəlib”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva “ATV Maqazin” verilişinə açıqlamasında deyib:

“Kiməsə pislik arzulamaq olmaz. İnsanlara can sağlığı diləyəndə, Allah sənin özünü də yaxşı edir. Bakı balaca şəhərdi, hamı hamını yaxşı tanıyır. Mən şahzadəyəm. Şahzadə olmaq başqa şeydir. Ondan yaxşı şeylər öyrənmək lazımdır. Heç kəsin səhvini bağışlamıram. Onları Allah bağışlasın. Kim çaşır, deyirəm, “Allah şəfasın versin”. Mən həyatımın qalan hissəsini maraqlı yaşamaq istəyirəm. Meyvə gətirən ağaca, padişaha çox daş atarlar. Mənə atılan daş dayansa, demək yoxam. Məni həzm edə bilmirlər. Başmağımı geyinirlər, yerişimi yeriməyi bacarmırlar. Mən özümdən razıyam, özümə hörmət edirəm. Məni nə qədər çox istəyənlər var”.