Gənc Tamaşaçılar Teatrında premyera

Gənc Tamaşaçılar Teatrında premyera
702 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Mənim ağ göyərçinim" tamaşasının premyerası olacaq. 

Axşam.az-ın məlumatına görə, yazıçı-dramaturq Tamara Vəliyevanın piyesi əsasında hazırlanmış tamaşa 1990 -cı il 20 Yanvar hadisələrinin qurbanlarına həsr olunub. İki pərdəli məhəbbət dramı olan tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimovadır.

Tamaşada baş rollarda Əməkdar artistlər Rafiq Hüseynov və Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Sona Babayeva və başqaları ifa edəcəklər.