"Ayaqqabılarımı satsam, pulu bütün nəslimə bəs edər"

"Ayaqqabılarımı satsam, pulu bütün nəslimə bəs edər"
13454 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Burcu Əsmərsoy alış-veriş mərkəzlərinin birində sevənlərinin suallarını cavablandırıb.

Axşam.az gecce.com-a istinadən xəbər verir ki, moda, musiqi və kinodan danışan aparıcı “Kösəm Sultan” serialında oynamaq istədiyini deyib:
 
“Prodüserə səslənirəm:“Kösəm Sultan”da çəkilərəm. Eşitsinlər səsimi”.

Burcu bəyəndiyi müğənnilərin və aktyorların adlarını açıqlayıb:

“Murad Bozla yan-yana gələndə bir-birimizə möhtəşəm enerji ötürürük. Onunla filmə çəkilərəm. Kərəm Bürsini də çox bəyənirəm. Allah yiyəsinə qismət etsin”.

B.Əsmərsoy qarderobundan da söz açıb:

“Ayaqqabıları çox sevirəm. Neçə cüt olduqlarını saymamışam. Amma onları satsam, pulu bütün nəslimə bəs edər”.