Qripdən qorunmağın 10 yolu

Qripdən qorunmağın 10 yolu
4055 dəfə oxunub
  • A-
  • A
  • A+
İsti yay aylarından sonra havaların getdikcə soyuması özü ilə bərabərliyində bir çox xəstəlik də gətirir.

Axşam.az xarici mətbuata istinadən payızın əsas xəstəliklərindən olan qripdən qorunmağın 10 yolunu təqdim edir:

1. Tərkibində suyu bol olan qidalardan istifadə edin: məsələn, göy-göyərti, tərəvəz və meyvə.

2. Hər gün bir stəkan portağal-limon suyu qarışığı için.

3. Həddindən artıq isti otaqlarda oturmayın. Hər gün otağınızın havasını dəyişin.

4. Çay əvəzinə, zəncəfil, böyürtkən çayı için.

5. Yeməklərdə mixək, nanə, çörəkotu, kimyon kimi ədviyyatlardan bol-bol istifadə edin.

6. Xəstəlik daha çox əllə yoluxduğundan, əllərinizi tez-tez yuyun.

7. Xəstə uşaqlara öskürüb-asqırarkən əlləri ilə ağızlarını tutmağı öyrədin.

8. Gündə ən az 45 dəqiqə gəzintiyə çıxın.

9. Gündə əz az 7-8 saat yatmalı, səhər isə tezdən oyanmalısınız.

10. Hər gün bir kasa qatıq yeyin.