"Arşın mal alan" Belarus kanalında

"Arşın mal alan" Belarus kanalında
922 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 10-da və 12-də “Belarus 3” televiziya kanalında Azərbaycan filmləri aylığının davamı kimi 1945-ci ildə çəkilmiş “Arşın mal alan” musiqili komediyası ölkəmizin Minskdəki səfirliyimizin təşəbbüsü ilə nümayiş etdirilib.

Axşam.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu musiqili komediyanın efirə verilməsində məqsəd dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin bədnam qonşular tərəfindən özününküləşdirilməsinin qarşısını almaq və həmin əsərlərin Azərbaycana aid olmasını sübut etmək olub.

Ümumiyyətlə, Azərbaycan filmləri aylığına milli qəhrəmanlarımıza, adət-ənənələrimizə, dahi şəxsiyyətlərimizə həsr olunan filmlər daxil edilib.

Bir müddət əvvəl eyni telekanalda “Babək” və “Dərviş Parisi partladır” filmləri də nümayiş etdirilib.