Ana olacağını sosial şəbəkədə elan etdi

Ana olacağını sosial şəbəkədə elan etdi
2542 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Krissi Teyqen ana olacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Con Lecendlə ailəli olan model bu haqda İnstaqram səhifəsində yazıb. Həyat yoldaşı ilə fotosunu paylaşan Krissi sevincini sosial şəbəkə izləyiciləri ilə bölüşüb:

“Conla mən sizə valideyn olacağımız xəbərini verməkdən məmnunuq. Çoxunuz bilirsiniz ki, biz bunu çoxdandır ki, gözləyirdik. Hər şey heç də asan olmadı, ancaq biz ümidimizi itirmədik. Bu gün çox xoşbəxtik ki, arzumuza çatdıq. Sevginizə və dəstəyinizə görə təşəkkürlər! Səbirsizliklə qarnımda ilk təpiyin atılmasını gözləyirəm”.

Qeyd edək ki, Krissi Teyqenlə Con lecen 2007-ci ildə tanış olublar. Cütlük 2011-ci ildə nişanlanıb, iki il sonra isə İtaliyada Komo gölü sahilində təşkil edilmiş möhtəşəm toyla ailə qurub.