"Kimlə duet oxudumsa, dedilər sevgilidirlər" - Nigar Camal

"Kimlə duet oxudumsa, dedilər sevgilidirlər" -  Nigar Camal
3875 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011” qalibi Nigar Camal “Tezdən oyan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni haqqında yayılan dedi-qodulardan bəhs edib:

“Eldar Qasımovla duet oxudum, dedilər sevgiliyik. Hətta Miri Yusiflə, Dima Bilanla, Berksanla işbirliyindən sonra da belə dedi-qodular çıxmışdı. Ona görə də, bu cür xəbərlərə önəm vermirəm. Qadınla kişi dostluğuna birmənalı yanaşmıram. Əgər qadın çirkindirsə, oğlanla dostluğu alınacaq. Amma qadın gözəldirsə, bu alınmaz”.

N.Camal yaradıcılığından da danışıb:

“Londona övladlarıma görə gedib-gəlirəm. Orada təhsil alırlar. Yaradıcılıq işlərim isə Türkiyədə və Bakıdadır. Yeni mahnılarım var”.