Mark Zukerberq "dekret"ə çıxır - video

Mark Zukerberq "dekret"ə çıxır - video
2276 dəfə oxunub
  • A-
  • A
  • A+
"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq atalıq məzuniyyətinə çıxır.
 
Axşam.az-ın APA TV-yə istinadən məlumatına görə, Mark bu barədə öz səhifəsində yazıb. O bildirib ki, qızı dünyaya gəldikdən sonra iki ay atalıq məzuniyyətinə çıxmaq barədə qərar qəbul edib.
 
"Facebook" yaradıcısının sözlərinə görə, valideynlərin uşaqlarla daha çox vaxt keçirməsi lazımdır:

"Tədqiqatlar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələrlə daha çox vaxt keçirməsi həm uşaqlar, həm də ailə üçün yaxşıdır".
 
Zukerberq səhifəsində yeni doğulacaq körpəyə aldığı uşaq arabasının fotosunu da əlavə edib. Mark atalıq məzuniyyətində olduğu dövrdə "Facebook"un rəhbəri postunda onu kimin əvəzləyəcəyini yazmayıb. Maraqlıdır ki, Zukerberq atalıq məzuniyyətinə çıxmağa uşağın dünyaya gəlməsinə 8 ay qalmış qərar verib.
 
Qeyd edək ki, "Facebook"un təsisçisi ilə həyat yoldaşı Pristsilla Xan Harvard Universitetində oxuyan zaman tanış olublar. Onlar on il görüşdükdən sonra evlənməyə qərar veriblər.