Rəqqasə Fatimə qızına ad günü keçirdi

Rəqqasə Fatimə qızına ad günü keçirdi
10716 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fataliyeva paytaxt məkanlarının birində qızı Aydana ad günü keçirib.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, rəqqasə qızının özəl gününü mediaya qapalı edib:

“Hər bir ana övladının gözəl günlərini görməyi arzulayır. Allahıma şükür edirəm ki, iki gözəl balam var. Qızıma ad günü keçirdim. Onun istəyini nəzərə alıb, bu özəl günü mediaya qapalı etdim. Qızım mətbuatda görünməyi xoşlamır. Ad gününə yalnız Aydanın rəfiqələri və bizim ailəyə yaxın insanlar dəvətli idi. Şou-biznes əhli dəvət etmədim”.

Qeyd edək ki, F.Fataliyevanın Hüseyn adlı bir oğlu da var.