"Varımı-yoxumu bu xəstəliyə xərclədim"

"Varımı-yoxumu bu xəstəliyə xərclədim"
5612 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, əməkdar artist Naibə Allahverdiyeva illər öncə yaşadığı ağır günləri xatırlayıb. 

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda milli.az-a danışıb:

“İllər öncə mənim ayaqlarım tutulmuşdu, çox ağır günlər yaşayırdım. İnanmırdım ki, kimsə mənim o günümə sevinib. İki il, həqiqətən, çox əziyyət çəkdim. Bütün varımı-yoxumu bu xəstəliyə xərclədim. İnsanların, tamaşaçıların duası mənə çox kömək oldu. Allah hər kəsin duasını eşidib məni yenidən sənətə qaytardı. Sənət yoldaşlarımdan ən çox Qorxmaz Əlili yanıma gəlirdi. Nə lazım idisə, alıb gətirirdi. Amma etiraf edim ki, çox tək qaldım. Mən o zaman hiss etdim ki, insan özü-özünə dayaq olmalıdır, güc verməlidir. Əgər özün ayağa dura bilməsən, heç kim sənə əl uzatmır. Hiss etdim ki, sən öz çətin günün üçün bir gün ağlamalısan”.