"Nazimin səsi yoxdur" - Vasifdən qalmaqallı sözlər

"Nazimin səsi yoxdur" -  Vasifdən qalmaqallı sözlər
2348 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vasif Məhərrəmli ilə həmkarı Nazim Faytonçu arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Ondan sonra” verilişində ifaçının ünvanına sərt sözlər deyib:

“Nanəli” verilişində dedim ki, onsuzda mən gələn həftə gələ bilməyəcəm, mənim fotomu atın. Nazim də özündən razı şəkildə qayıtdı ki, “Ay qardaş oxumaq lazımdır”. İlk öncə adamın səsi olmalıdır. Səsdən sonra isə başqa şeylər gəlməlidir. Nazimin səsi yoxdur. O, müğənni deyil. Onun getdiyi toylara hamı gedir. Bu sözlərimi deyirəm, arxasında da dururam”.

V.Məhərrəmlinin ittihamlarına Nazimin də cavabı gecikməyib:

“Vasifin mənim haqqımda dediyi sözlərdən zövq alıram. Onun düşüncəsi xalqın fikri sayıla bilməz. Mən də Vasif haqqında çox şey deyə bilərəm. Bu mənə məxsusdur. Amma mən kimlərinsə haqqında danışmaram. Məsələn, Əli Mirəliyev də xalq artisti Səməd Səmədov barədə çox danışdı. Axırda da gəlib eyni səhnəni paylaşdı. Hər adam toyda oxuya bilməz. Bir çox sənətçilər Nardaran toylarından çıxıb. Vasif heç Nardaran görüb? Amma mən görmüşəm, musiqiçiyəm. Ən azından mən bu sənətə yararlıyam”.