Cem Yılmaz Azərbaycandan danışdı - video

Cem Yılmaz Azərbaycandan danışdı - video
5306 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur komediya ustası Cem Yılmaz bu günlərdə nümayişə olunan "Ali Baba və 7 Cücələr" filmində səslədirdiyi müğənni İradə İbrahimovanın "Neyləyək alınmadı" mahnısından bəhs edib.

Axşam.az-ın məlumatına görə, aktyor mahnını həmkarı Zafer Alagözün təklif etdiyini bildirib:

“Mahnını İradə İbrahimovadan dinləmişdik, filmin ssenarisinə salmamışdıq. Filmdə Kənan Məmmədovla Boris Manço qarşılaşır və bir-birlərini bu mahnı ilə xatırlayırlar. İfa üçün çox məşq etdik. Bu videodan sonra Azərbaycandan çoxlu mahnılar göndərilir. Zafer Alagöz ötən günlərdə bizə gənc müğənni Rauf Əhmədovun mahnısını göndərib. Raufun mahnısını sosial şəbəkədə paylaşdıq və Azərbaycan televiziyalarında bu addımımız xəbərə çevrildi. 3 həftə sonra filmimiz Azərbaycanda nümayiş olunmağa başlayacaq. Türkiyədə bizi sevən insanlar azalsa, Azərbaycana gedərik”.