Şəbnəm Tapdıq ağladı - video

Şəbnəm Tapdıq ağladı -  video
2517 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Şəbnəm Tapdıq şəxsi həyatından danışıb.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişində anasından danışan ifaçı göz yaşlarını saxlaya bilməyib:

“Mən xalayam, yaxın günlərdə nənə olacam. O qədər qadın var, ərə gedib bədbəxtdir. O boyda kişinin qızıyam. Niyə xoşbəxt olmayım ki? Özümü ikiəlli döyürəm. İndi istədiyim səviyyədə müğənni deyiləm. Məni niyə siravi oxuyan kimi çağırıb, yola verirlər? Gözügötürməyənlər, sənətə adamla gələnlər mənim ayağımdan çox çəkdilər. Bu sənətdə hər şey adamlaymış. Mən dünya miqyasında müğənniyəm”.

Ş.Tapdıq sənətdə dostunun olmamasından şikayətlənib:
 
“Bu sənətdə dostum yoxdur. Çünki mən yaxşı oxuyanam. Sənətçi sənətçini heç vaxt istəmir. Bir dəfə adımın davasın etdim, peşman oldum. Sonra başa düşdüm ki, məni çox istədikləri üçün adımdan istifadə edirlər".