"Onun ölümü mənim üçün böyük zərbə idi" - Mətanət Əliverdiyeva

"Onun ölümü mənim üçün böyük zərbə idi" -  Mətanət Əliverdiyeva
5841 dəfə oxunub
  • A-
  • A
  • A+
“Çox erkən ailə qurmuşam. İlk dəfə 18 yaşımda hamilə qalmışam. İlk övladım qız olub, 10 gün yaşadı. Onun ölümü mənim üçün böyük zərbə idi”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “Zərif qəhrəman” verilişində deyib. O, hadisədən 25 il ötməsinə baxmayaraq onu unutmadığını bildirib:

“İkinci övladım Oqtay idi. Ona hamilə qalanda hər şeyə ehtiyatla yanaşırdım. Düşünürdüm ki, yenə övladımı itirsəm, dözə bilmərəm. Buna görə də ikinci hamiləliyimdə hər şeyə ehtiyat edirdim. Hətta anamın yanına gedib, orada qaldım.
Qayınana gəlinə ana olmalıdır. Hamiləlik dövründə məsləhət verməlidir. O qədər stres yaşamışdım ki, həkimlər oğlumu sağlam dünyaya gətirməyimə təəccübləndi. Balaca oğlum Əli isə 35 yaşımda dünyaya gəldi”.