Elza Seyidcahanın Ankara sərgüzəştləri - fotolar

Elza Seyidcahanın Ankara sərgüzəştləri -  fotolar
1414 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan Ankaradakı konsertindən bəhs edib.

Axşam.az-a açıqlama verən müğənni təəssüratlarını bölüşüb:

“Konsert Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutub. TRT Avaz tərəfindən canlı yayımlandı. Başda bəstəkar Firəngiz Əlizadə olmaqla bir çox tanınmış konsertdə iştirak etdi. Mən isə “Qoy sinəmin üstünə” adlı mahnını səsləndirdim. Konsertlə yanaşı Ankaranı da gəzdik. Atatürkün məzarını, muzeyləri ziyarət etdik”.

E.Seyidcahan səfər zamanı Türkiyənin mədəniyyət naziri Yalçın Topçu tərəfindən mükafata layiq görüldüyünü də bildirib.