İrina Şeyk toya hazırlaşır - fotolar

İrina Şeyk toya hazırlaşır - fotolar
2637 dəfə oxunub
  • A-
  • A
  • A+

Rus model İrina Şeyk və sevgilisi, Hollivud Ulduzu Bredli Kuper münasibətlərində yeni mərhələyə adlayıblar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar toya hazırlaşırlar. Artıq 7 aydır ki, sevgili olan cütlük bir evdə yaşamağa başlayandan sonra bu qərara gəliblər. Bəzi mənbələr iddia edir ki, gələn ilin iyulunda İrina və Bredli artıq nikah masası arxasına oturacaqlar.

Sevgililər artıq aralarındakı problemləri də həll ediblər. Belə ki, İrina sevgilisini onun filmlərdəki tərəf müqabili Cennifer Lourensə qısqanırdı. Lakin daha sonra Bredlinin bu mövzuda onunla ciddi olması, anası ilə tanış etdirməsi rus modeli sakitləşdirib.

Bir həftədir ki, İrinanın evində yaşayan cütlük Nyu-York küçələrində paparassilərin hədəfinə düşüblər.