Tolik "Azəriqaz"dan şikayət etdi

Tolik "Azəriqaz"dan şikayət etdi
2621 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tolik qazın olmamasından şikayətlənib.

Axşam.az-ın məlumatına görə, o, "Azəriqaz"a müraciət edib:

“Hansı dövrdə yaşayırıq? 1 ilə yaxındır ki, "Abşeron City"də yaşayıram. Bina standartlara uyğundur, FHN-in baxışından keçib. Suyu, işığı, hər şeyi var, amma qazı yoxdur. Soyuqda evdə niyə paltarla gəzməliyik? İndi də qaz çəkiblər, amma plastik kart idarəsi kartları vermir. Başa düşmədim bunlara da aparıb pul vermək lazımdır ki, binada yaşayan 160 ailəyə kart versinlər, onların da uşaqları soyuqdan donmasın? Noyabrın axırıdır, amma qaz yoxdur. Azəriqaz hara baxır?”.