"Qarabağ"ın oyununa görə metro gecə saat 1-dək işləyəcək

"Qarabağ"ın oyununa görə metro gecə saat 1-dək işləyəcək
861 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 26-da, saat 22:00-da Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək. “Qarabağ”ın rəqibi Londonun “Totenhem” klubudur. Bununla əlaqədar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti noyabrın 26-da gecə saat 01:00-a qədər işləyəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda modern.az saytına məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, səbəb “Qarabağ” futbol klubunun bununla bağlı metropolitenə müraciət ünvanlaması olub:

“Metropoliten rəhbərliyi klubun bu müraciətini nəzərdən keçirdi və müsbət cavablandırdı”.