Bu festival Bakıda ilk dəfə keçirilir

Bu festival Bakıda ilk dəfə keçirilir
810 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda ilk dəfə Tekila Festivalı keçirilir.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, Meksikanın Azərbaycandakı səfirliyinin mədəni təşviq proqramının bir hissəsi kimi keçirilən festivalın məqsədi Meksika haqqında daha çox məlumat yaymaqdır. Açılış mərasimində çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini tekila içkisi 136 növ aqavi bitkisindən hazırlandığını bildirib.

Səfirin sözlərinə görə, tekila Meksikanın müəyyən ştatlarında hazırlanır. Diplomat qeyd edib ki, 100 faiz aqava tərkibli və qarışıq tekilalar mövcuddur. Meksikada 10 il bundan öncə yalnız 36 tekila evi olduğunu deyən R. Labardini hazırda müvafiq göstəricinin 160-dan çox olduğunu vurğulayıb.

Xatırladaq ki, səfirlik bu ilin oktyabrın sonunda Bakıda ilk Mezkal Dequstasiyası Festivalını təşkil edib.

Qeyd edək ki, tekila Meksikanın Xalisko ştatındakı Tekila şəhərində yaranmış içkidir. Mezkal kimi tekila göy aqava adlanan Tekila agavası bitkisinin şirəsinin qıcqırması və qovrulması nəticəsində əldə edilir. Tekila aqavasının illik istehsalı 900 min tona çatır və bu içkinin hazırlanması prosesində 300 min nəfər çalışır.

Bakıda keçirilən Tekila Festivalı noyabrın 28-də yekunlaşacaq.