Sinemdən Kənanın fanatlarına cavab

Sinemdən Kənanın fanatlarına cavab
5770 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial şəbəkədə sevgilisi Kənan İmirzalıoğlu ilə olan fotosunu montaj edərək paylaşan aktrisa Sinem Kobal onu tənqid edən izləyicilərə cavab verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu hərəkətinə görə Kənanın fanatlarının “hücum”una məruz qalan Sinem səssizliyini pozub.
 
O, bugünkü açıqlamasında “Dostlar, bu sadəcə olaraq, hər zamankı kimi modelyerə təşəkkür etmək üçün yerləşdirdiyim fotolardandır. Başqa yerə yozmayın” deyib.
 
Qeyd edək ki, Kənanla birgə fotosunda aktyoru kadrdan çıxaran Sinem “Kənanı niyə kəsdin? Özünü kəssəydin, daha yaxşı idi”, “Keçmiş sevgilin İbrahim Çelikkolun fotosunu qoyurdun, Kənanı niyə kəsmisən?” kimi iradlarla üzləşmişdi.