Sevgili olduqlarının sübutu

Sevgili olduqlarının sübutu
5040 dəfə oxunub
  • A-
  • A
  • A+
Adı müğənni Sinan Akçılla eşq dedi-qodularında hallanan müğənni-aktrisa Ayşe Akının aktyor Murad Hanla sevgili olduğu təsdiqini tapıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkiliş zamanı tanış olan cütlük teatrdan çıxarkən obyektivlərə tuş gəlib. Paparassilərdən qaçmayan Ayşə ilə Murad əl-ələ tutaraq xoşbəxtlik pozu veriblər. Cütlüyün daha əvvəl sevgili olduğu deyilsə də, fakt təsdiqini tapmamışdı.

Qeyd edək ki, A.Akın 2011-ci ildə futbolçu Öndər Turacı ilə ailəli qurub. Qısa müddət sonra ərindən boşanan Ayşə “Kervan 2015”də erməni qızı Suzan obrazını canlandırıb. O, “Güllerin savaşı” serialında da çəkilib. Murad Han isə tamaşaçılara “Ömre bedel” serialından Cəsur obrazı ilə tanışdır.