Aktrisa təhqirə görə 3 qəpiklik məhkəmə açdı - video

Aktrisa təhqirə görə 3 qəpiklik məhkəmə açdı - video
3455 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl Mesut Yarın aparıcılıq etdiyi proqramda şair Ceyhun Yılmaz aktrisa Müjde Uzmana qarşı zarafat etmək istəyərkən təhqirə yol vermişdi.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, C.Yılmaz sosial şəbəkədə üzr istəsə də, bu açıqlama Uzmanı sakitləşdirməyib. Gənc aktrisanın vəkili C.Yılmaza təzminat davası açdıqlarını açıqlayıb:

"...Bu vəziyyət onda ağır travma yaradıb. Dost olmaq, zarafat etmək, tərəflər arasında səmimiyyətin olması heç bir cəhdlə belə bir təhqir üçün bəhanə ola bilməz. Müvəkkilimin insanlıq, qadınlıq və karyera qüruru zədələnib. Müjde Uzman 14 ildir bu sahədədir. Onun yaşadığı həssas travma və kədərin təzminatı üçün hər hansı bir miqdar təyin etmək mümkün olmadığı üçün 3 quruşluq (qəpik) mənəvi təzminat davası açırıq".

Qeyd edək ki, aparıcı Uzmana "əsl sənətiniz nədir" deyə soruşunda verilişdə qonaq olan Ceyhun səsini alçaldaraq efir üçün ədəbsiz söz işlətmişdi. Kameralara düşən o andan sonra C.Yılmaz Tvitterdə üzr istəyərək yazmışdı:

"Söylədiyim söz üçün üzr istəyirəm. Hər yerdə edə biləcəyimiz bir zarafat efirdə olmamalıydı. Müjde mənim bacımdır".