“Arşın mal alan” filmi Hindistanda

“Arşın mal alan” filmi Hindistanda
690 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın “Arşın mal alan” filmi Hindistanda nümayiş olunacaq.

Axşam.az “Report”a istinadən xəbər verir ki, film “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə noyabr ayının sonunda göstəriləcək.

Filmin nümayişi görkəmli müğənni, xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, Hindistanın Qoa ştatında Asiyanın ən böyük film festivallarından olan 46-cı Beynəlxalq “Qoa” Film Festivalı keçiriləcək. “Arşın mal alan” filmi də həmin festivalda təqdim olunacaq