"Mən güclü qadınam" - Vüsalə Əlizadə

"Mən güclü qadınam" -  Vüsalə Əlizadə
4797 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Vüsalə Əlizadə uşaqlıq xatirələrini bölüşüb.

Axşam.az-ın məlumatına görə, çox kövrəldiyini vurğulayan aparıcı o illərə qayıtmağı arzuladığını bildirib:

“Birdən-birə uşaqlığımı xatırladım. Çox kövrəldim, kaş ki, ora dönə bilsəm, o vaxtlardakı kimi yüksüz, qayğısız, həyatın zərbələrinə cavab vermək gücündən azad ola bilsəm. Eh, kaş ki, kaş ki... Həyatımızda o qədər “kaş kilər” var... Bilmirəm niyə, çox kövrək olmuşam. Bu gün mənə nə oldu? Mən güclü qadınam. Əslində sizə bir sirr açım, bu sözdən də heç xoşum gəlmir. Yəqin tanıdınız, ortadakı qaragöz, ağlağan, narazı qız mənəm. Canım bacılarım deyirlər ki, heç vaxt “olmazla” razılaşmadın, amma heç kimi də incitmədin, istədiyini “özüm edəcəyəm” deyib etdin. Bəlkə də bu xasiyyətimdi məni bu qədər qayğı çəkməyə vadar edən. Hara gedirsən həyat...”.