Əkizlərdən İzzətə gözlənilməz sual: "Deyirlər ki, Sevda ilə aranızda sevgi yaşanıb"

Əkizlərdən İzzətə gözlənilməz sual:  "Deyirlər ki, Sevda ilə aranızda sevgi yaşanıb"
10127 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırzadə “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcılar Sevil və Sevinc bacıları ifaçıya gözlənilməz sual ünvanlayıblar.

İ.Bağırzadə “Ən qalmaqallı duetiniz Sevda Sanəliyeva ilə olub. Söz-söhbət yaranmışdı ki, aranızda sevgi yaşanıb. Bəlkə gənc və yaraşıqlı olduğunuz üçün insanlar sizi bir-birinizə yaraşdırırdılar. Hətta o xanım açıqlama vermişdi ki, siz ona rəqsi qadağan etmisiniz” sözlərinə belə cavab verib:

“Rahidə Baxışla da duet oxuyanda belə söhbət çıxmışdı. Bu duetimiz daha qalmaqallı olmuşdu. Sevda ilə duet oxuyanda internet inkişaf etmişdi. Ona görə də dedi-qodu çox yayıldı. Hətta eşitmişdim ki, guya, Sevdanı oynamağa qoymuram. Mən ona demişdim ki, "Ən yaxşısı odur ki, sən oxu, səsin gözəldir. Sadəcə, dost kimi məsləhət vermişdim”.

Qeyd edək ki, "Hər şey daxil" verilişi həftənin beş günü saat 10:00-da "Xəzər" telekanalında yayımlanır.