"Məndən fonoqramla oxumağımı istəyirlər deyə..." - əməkdar artist

"Məndən fonoqramla oxumağımı istəyirlər deyə..." -  əməkdar artist
772 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Baloğlan Əşrəfov şou-proqramlara getməməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində buna fonoqramla oxumağın səbəb olduğunu bildirib:

“Yeni il günü heç bir dəvəti qəbul etmirəm. Telekanallara çıxırsan istər istəməz fonoqram oxuyursan. Amma restoranda gedib, o qədər insan qarşısında fonoqramla oxumağa razılaşmaram. Həm də dekabrın 31-də böyük oğlumun ad günüdür. Onu heç nəyə dəyişmərəm. Neçə illərdi belədir. Məndən fonoqramla oxumağımı istəyirlər deyə, belə edirəm. Şou-proqrama getməyim mümkün deyil”.