İTV-nin MTRŞ-ya qarşı məhkəməsi davam edir

İTV-nin MTRŞ-ya qarşı məhkəməsi davam edir
361 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov məlumat verib.
 
O bildirib ki, növbəti məhkəmə prosesi dekabrın 9-na təyin edilib.
 
Qeyd edək ki, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
 
İTV "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə Şura məhkəməyə müraciət edib.
 
2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.
 
Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.
So