Vasif Məhərrəmli ilə Samir Piriyev arasında qalmaqal

Vasif Məhərrəmli ilə Samir Piriyev arasında qalmaqal
3256 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vasif Məhərrəmli ilə Samir Piriyev arasında xoşagəlməz anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, V.Məhərrəmli “Ondan sonra” verilişində həmkarını tənqid edib. O, aparıcının “Samir Piriyevlə münasibətiniz korlanıb” sözlərinə belə cavab verib:

“Nanəli” verilişində çoxlarının iç üzünü gördüm. Samir Piriyev cavan uşaqdı. O kim, mən kim? Onunla ədavət aparmaram. Heç onunla ədavət aparmağım düzgün də deyil”.

S.Piriyev həmkarının tənqidinə cavab verib:

“Mən Bakıda deyildim. Trabzonda idim. Başım öz işlərimə qarışıb. Hamı bilir mən mahnılarla tamaşaçının qəlbinə yol açmışam. Vasif bəyin söylədiklərinə baxmışam. Biz ailədə özümüzdən böyüyə ehtiramla yanaşmışıq. Böyüyün cavabını verib, təhqir etmərik. Bu mənim üçün qəbahətdir. Heç onun dediklərini də qəbahət bilmirəm. Vasif bəyin dediyi kimi: O kim, mən kim? Biz özümüzə düşmən yox, rəhmət qazanmalıyıq. Bizim övladlarımız var. Yaraşmaz ki, televizordan bir-birimizə nəsə deyək. Xalq bizə baxır. Kimdənsə incimişəmsə, zəng vurub özünə demişəm. Bakıya qayıdan da Vasifə zəng vurub görüşüb, çay süfrəsində oturub, sözümüzə aydınlıq gətirəcəyik. Dedi-qodu ruzini qaçırır. Gəlin mehriban olaq".