Prodüseri Nazpəri ilə işləməkdən imtina etdi

Prodüseri Nazpəri ilə işləməkdən imtina etdi
4365 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva ilə prodüseri Mikayıl Hüseynov işbirliklərinə son qoyublar.
 
Bu haqda Axşam.az-a M.Hüseynov özü məlumat verib:
 
“Buna hər hansı xüsusi bir səbəb yoxdur. Xahiş edirəm, kimlərsə buna başqa cür don geyindirməsinlər. Qərarı mən verdim, o da hörmətlə qarşıladı. İşlərimlə əlaqədar alınmırdı. Həm də bəzi arada söz aparıb-gətirənlər var idi. Nazpəri xanım da emosional insandır, hər şeyə tez inanır. Mənim də işimə ikinci bir şəxs “burnunu soxursa”, mən həmin yerdən o dəqiqə ayırlıram. Nazpəri xanımla 2010-cu ilin noyabrından bir yerdə işləyirik. Allah hamımızın işini avand, ruzisini bol etsin!”.