"Azəbaycanda prodüser yoxdur" - fotolar

"Azəbaycanda prodüser yoxdur" -  fotolar
1392 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırzadə tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən ifaçı özünü ilin ən çox çalışan ifaçısı hesab etdiyini söyləyib:

“Hazırda Məhərrəmlik ayındayıq. Bu ay bitən kimi yaradıcılığımdakı yenilikləri təqdim edəcəm. İl ərzində ən çox çalışan müğənni olmuşam. Çoxlu kliplər çəkdim, konsert verdim. İndi çox müğənnimiz klip çəkdirmir, efirdə yayımlanmamasından şikayətlənir. Bu fikirlə razı deyiləm”.

İ.Bağırzadə heç vaxt prodüserinin olmamasından da danışıb:

“Azəbaycanda prodüser yoxdur, köməkçi var. Prodüser Cennifer Lopezlə, Alla Puqaçova ilə işləyənlərdi. Produser tanınmayan bir müğənnini götürür, onu ulduz edir. Hər kəs öz yanındakına "prodüser" adını qoyur. Heç vaxt prodüserim olmayıb. İşlərimin başında özüm durmuşam. Bir də mənə yaxın dostlarım kömək edib".

Foto: Ramin ASLANOV