"Azərbaycanın ən gözəl 10 mahnısı" - Türkiyə mətbuatı

"Azərbaycanın ən gözəl 10 mahnısı" -  Türkiyə mətbuatı
20681 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin “Hürriyət” qəzeti Azərbaycan mahnıları ilə bağlı yazı hazırlayıb.

Axşam.az “Cem Yılmaz “Neyləyək” dedi, gözlər Azərbaycan mahnılarına çevrildi – Ən gözəl 10 mahnı” adlı yazını olduğu kimi təqdim edir:

“Azərbaycan dili bizə hər zaman xoş gəlib. Ən əsası da AzTV-ni açıb, verilişləri, filmləri izləməkdən xoşumuz gəlib. “Ali baba və 7 cücələr” filmində Zafer Algözün canlandırdığı Kənan Mahmudov obrazında da bu sevginin haqsız yerə olmadığı ortaya çıxır. Filmin ən gülməli anı Kənan Mahmudovun düşməni Boris Mançovla görüş səhnəsidir. İradə İbrahimovanın “Neyləyək” mahnısını qarşılıqlı oxuduqları səhnə film dünyasında ilk və təkdir. Bundan sonra mahnı sosial mediada məşhurlaşdı. Biz də ən çox dinlənilən Azərbaycan mahnılarını araşdırdıq”.



“Youtube”də araşdırma aparılaraq, ən çox izlənilən kliplər sırasından seçilənlər:

1. İradə İbrahimova “Neyləyək”.



2. Azərbaycanın Ziynet Salisi Günay İbrahimova “Dəlisiyəm gecənin”.



3. Rauf “Münasibət mənfi 40 dərəcə”



4. Gözəl bir mahnı. Polad Bülbüloğlu ilə Şəbnəm Fərah dueti.



5. Süleyman Lökbatanlı və Aydın Sani “Məni axtar darıxanda”.



6. Ceyla “Unuduram”.



7. Azərbaycanda lirik mahnı deyəndə ağla ilk gələn ad və ölkəsini “Eurovision”da təmsil edən Dilarə Kazımova.



8. “Cibdə varsa pul, life is wonderful” deyən “Dəyirman” qrupu.



9. 1990-cı illərin “Yuxu” qrupu "Sən məni aldatdın”.



10. Röya və Xəyyam Nisanov dueti “Sənə ehtiyacım var”.



Bundan əlavə siyahıda Sevda Yahyayeva, Xatirə İslam, Ədalət Şükürov, Aysel Teymurzadə, Müslüm Maqomayev, Fərid Məmmədov və başqaları da yer alır.

Bəzən türkiyəli müğənnilər də Azərbaycan mahnıları oxuyur:

1. Cem Adrian “Ay qız”



2. Bengü “Gəl-gəl”



Bu isə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel “Hər şeyə dəyər”