Braziliya viza rejimini ləğv edir

Braziliya viza rejimini ləğv edir
1494 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliya hökuməti 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunları zamanı ölkəyə gəlmək istəyən xarici vətəndaşlar üçün vizasız rejim tətbiq edib.

Axşam.az-ın məlumatına görə, prezident Dilma Russeffin imzaladığı müvafiq sərəncam noyabrın 25-də hökumət qəzeti tərəfindən elan olunub. Braziliyaya vizasız giriş hüququndan 2016-cı ilin iyunundan sentyabrınadək 90 gün ərzində ölkəni ziyarət edən bütün turistlər faydalana biləcəklər.

Bu praktika 2014-cü ildə futbol üzrə dünya çempionatı zamanı da tətbiq olunmuşdu. O vaxt vizasız rejim azı bir oyuna bileti olanlara şamil edilsə də, turistlər bu zaman kəsiyində 60 faiz artıq vəsait xərcləmişdilər. İndi isə ölkənin turizmdən qazancının bundan xeyli çox olacağı gözlənilir.

Xatırladaq ki, Braziliyada Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək, Paralimpiya Oyunları isə sentyabrın 7-dən 18-dək keçiriləcək. Bu, tarixə Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunları kimi düşəcək. (buro247.az)