Xatun üzr istədi və barışdılar - video

Xatun üzr istədi və barışdılar -  video
20015 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun Əliyeva ondan küsən həmkarı Könül Kərimova ilə barışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi K.Kərimovanın da qonaq olduğu “10-dan sonra" verilişinə gələrək, ona gül bağışlayıb.

Həmkarından üzr istəyən X.Əliyeva göz yaşlarını saxlaya bilməyib:

“Hamı istəyirdi ki, biz barışaq. Hamı da günahı məndə görürdü. Bu söz-söhbətlərə son qoymaq istədim. Gördüm verilişdədir, dedim, gəlsəm, məni qovmazsınız. Könül xanıma görə çox insan məndən küsdü. Amma mənə görə ondan küsən olmayıb. Mən onu parodiya edəndən sonra qəlbinə dəydim. Kiçik olaraq ondan üzr istəyirəm. Böyüklük də onda qalsın. Bütün aparıcılara deyirəm ki, bir də Könül xanımın parodiyasını etməyəcəm. İstəmirəm onunla münasibətimiz pozulsun. Bu barışığa görə mənə dəstək olan anama da təşəkkür edirəm".

K.Kərimova bu barışığın olacağına heç vaxt inanmadığını bildirib:

“Çox kövrək adamam. İçimdə kin yoxdur. Qəlbə dəymək çox pisdir. Kimsənin qəlbinə dəymək məndə yoxdur, harda səhv etdim özüm də bilmirəm. O sualın cavabını indiyənə kimi tapa bilmirəm: “Niyə belə oldu?”. Həmişə düşünürdüm ki, bu barışıq necə ola bilər?”.

Qeyd edək ki, Xatun K.Kərimovanı parodiya etmiş, bu isə qarşı tərəfin xoşuna gəlməmişdi. Müğənni K.Kərimovanın ona qarqış dolu mesajlar yazdığını bildirmişdi.