“O olmasın, bu olsun”un Gülnazı 60 il sonra - video

“O olmasın, bu olsun”un Gülnazı 60 il sonra -  video
3167 dəfə oxunub
  • A-
  • A
  • A+
“O olmasın, bu olsun” filmində Gülnaz obrazını canlandıran Tamara Gözəlova “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa xatirələrini bölüşüb:

“Mənim 76 yaşım var. O, filmə çəkiləndə 14 yaşında idim. Filmin hazırlıqlarına 1954-cü ildə başlanıb. 1955-ci ildə isə çəkilib. Sonra Rusiyaya montaja göndərildi və 1956-cı ildə Azərbaycana qaytarıldı. O vaxt Azərbaycanda hind filmləri festivalı keçirilirdi. O vaxt Rac Kapur Bakıya gəlmişdi. Onu kinostudiyada gördüm. Məni görən kimi röyalda “O olmasın, bu olsun”u ifa etməyə başladı. Beləcə bildirdi ki, məni tanıyır. Filmdə çox gözəl yerlər var idi. Onu kəsib çıxardılar. Dedilər ki, mentalitetə uyğun deyil. Amma arxivdə qalır. Çəkildiyim yeganə film bu oldu. Ondan sonra çox təklif aldım, amma getmədim. Şöhrətpərəstliyi sevmirəm. Başa düşdüm ki, aktrisalıq mənlik deyil və uzaqlaşdım. Oradakı saçlar da özümünkü idi, parik deyildi".