"Oğluma sevməyə imkan vermədim"

"Oğluma sevməyə imkan vermədim"
7265 dəfə oxunub
  • A-
  • A
  • A+
“Tez gözə gəlirəm. Hamı mənə bəxtəvərçilik verir ki, belə evi var. 40 ildir qazandığımı bu evə xərcləmişəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev “Hər şey daxil” verilişində deyib:

“Nə vaxt evimdə çəkiliş olubsa, ya öz, ya övladımın başına iş gəlib, avtomobil qəzası keçirmişik. Başqaları pulunu mağaza, restoran açmağa sərf edir. Mənimsə heç bir əlavə biznesim yoxdur. Bütün qazancımı evə və maşına sərf edirəm”.

M.Ağayev oğullarını evləndirmək istədiyini də söyləyib:

“Vaxtında oğluma sevməyə imkan vermədim. Dedim öz bildiyim qızı alacam. İndi isə peşman olmuşam. Kaş özü sevib alardı. Böyük oğlum Elçinin 27 yaşı var. İndi deyirəm, kimi istəyirsən al”.