Həmyerlimiz Rusiyanın "Səs" yarışmasının 1/4 finalında - video

Həmyerlimiz Rusiyanın "Səs" yarışmasının 1/4 finalında - video
1938 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın "Səs" ("Голос") yarışmasının azərbaycanlı iştirakçısı Emil Qədirovun növbəti çıxışı da uğurlu alınıb.

Axşam.az-ın məlumatına görə, proqrama Bakıdan qatılan 22 yaşlı Emil "nokautlar" mərhələsində əfsanəvi ifaçılardan olan Janis Joplinin repertuarında "Me And Bobby McGee" mahnısını səsləndirib. Həmyerlimiz komanda rəhbəri Aleksandr Qradskinin seçimi ilə 1/4 finala vəsiqə qazanıb

Qeyd edək ki, ORT telekanalında yayımlanan "Səs"də "Eurovision" iştirakçısı Polina Qaqarina, müğənnilər Qriqoriy Leps, A.Qradskiy və repçi Basta münsiflər kürsüsündə əyləşir.