"Atama görə dindən imtina etmişəm" - Bred Pitt

"Atama görə dindən imtina etmişəm" - Bred Pitt
3891 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Bred Pitt din, inam və ateist olması haqda danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dindar ailədə böyüyən Hollivud ulduzu niyə dindən imtina etdiyini açıqlayıb. Səbəblərdən biri onun ciddi kilsə tərbiyəsi alması ilə bağlıdır. Aktyor dinin onun qarşısında çoxlu qadağa və məhdudiyyətlər qoyduğunu bildirib. Dindən imtinanın ikinci səbəbini isə B.Pitt atası ilə əlaqələndirib. Hollivud ulduzu atasının xarakterində xeyirxah tərəflərinin də olduğunu, ancaq tərbiyə üsulunda şiddətdən və cəzadan istifadə etdiyini etiraf edib. Uşaqlıqda atası tərəfindən çox sərt cəzalara məruz qalması onun dindən uzaqlaşmasına səbəb olub.

6 uşaq atası olan aktyor valideyninin səhvini təkrar etməməyə çalışdığını qeyd edib.

Həyat yoldaşınan fərqli olaraq aktrisa Ancelina Coli dəfələrlə Allaha inandığını deyib. O, hesab edir ki, Allah insanlara kömək edir, ona görə də heç nədən qorxmaq lazım deyil.

Lakin bu fərqli baxışlar ailədə tərəflər arasında heç bir narazılıq yaratmır.