Bakıda "Mimino"nun bəstəkarının yubileyi keçirildi

Bakıda "Mimino"nun bəstəkarının yubileyi keçirildi
563 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış gürcü bəstəkarı, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Giya Kançelinin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Yubiley gecəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə G.Kançelinin yaradıcılığından danışıb. Bildirib ki, böyük bəstəkar öz simfoniya və kamera əsərləri ilə adını dünya musiqi mədəniyyəti tarixinə yazıb. “Mimino” və “Kin-dza-dza” kimi tanınmış filmlərə yazılan musiqinin bəstəkarı məhz G.Kançelidir.

F.Əlizadə diqqətə çatdırıb ki, o, G.Kançeli ilə birlikdə çoxsaylı festival və layihələrdə iştirak edib.

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli yubilyar haqqında xoş sözlər söyləyib, ona rəhbərlik etdiyi akademiyanın fəxri doktoru diplomunu təqdim edib.

Yubiley gecəsində Xalq Artisti Rauf Abdullayevin bədii rəhbər və baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Giya Kançelinin əsərləri səsləndirilib.

Azərtac