“VI THE FİRST” mükafatları təqdim olundu - fotolar+video

“VI THE FİRST” mükafatları təqdim olundu - fotolar+video
1648 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 27-də “Hilton” oteldə "VI THE FİRST" mükafatları sahiblərinə təqdim edilib.

Axşam.az-ın məlumatına görə, tədbirin aparıcılığını təşkilatçı Xəyal Rza və İTV-nin əməkdaşı Aynur Fətullayeva edib.

Bu il 6-cı dəfə keçirilən mükafatın təqdimetmə mərasimində Azərbaycan və Türkiyənin tanınmış elm, mədəniyyət və siyasət adamları iştirak ediblər. Tədbirə "O səs Türkiyə" yarışmasındakı "Üsyan", "Yanğın var" ifaları ilə məşhurlaşan, əslən azərbaycanlı olan Ayda Mosharraf, türkiyəli sənətçilər Behzat Duyğun, Oya Ergün də qatılıb.

Tədbiri giriş sözü ilə mərasimin təşkilatçısı Xəyal Rza açıb:

"Bu mükafat mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Bizim təqdim etdiyimiz "VI THE FİRST" mükafatı beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək”.

Azərbaycan tərəfindən "ilin sənətçisi" ödülü xalq artisti Faiq Ağayevə təqdim olunub.

Mükafatlandırılanlar arasında həmçinin millət vəkilləri Hadı Rəcəbli, Hüseynbala Mirələmov, xalq artisti Ağadadaş Ağayev və müxtəlif sahələrin təmsilçiləri yer alıblar.

Qeyd edək ki, əvvəlki illərdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, deputatlar Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Türkiyənin tanınmış sənətçiləri Selami Şahin, Hilal Saral, Saruhan Hünel, Erkan Petekkaya, Bəyazit Öztürk, Serenay Sarıkaya, Soner Sarıkabadayı bu mükafata layiq görülüblər.