"Mahnını bəyənmədim, Aygün tək oxudu" - fotolar

"Mahnını bəyənmədim, Aygün tək oxudu" - fotolar
3079 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev bu il özünə təmtəraqlı ad günü mərasimi keçirməyəcək.

"VI THE FİRST" mükafatlandırma mərasimində Axşam.az-ın fotokamerası qarşısına
 
keçən müğənni ad günü ilə konserti üst-üstə düşmədiyindən özünə yığcam məclis edəcəyini bildirib: “Dekabrın 29-da ad günümdür. Ancaq mən heç vaxt ad gününə hazırlaşmıram. Əgər konsert yoxdursa, ümumiyyətlə keçirmirəm. Dostlarım üstümə düşəndə, məcbur olub qeyd edirəm. Təbii ki, 27 ildir, səhnədəyəm, böyük ad günlərim də olub. Onda gərək qonağa diqqət yetirəsən, özün yaddan çıxırsan. Gərək kiminsə qulluğunda durasan. Ona görə də, həmişə belə məclisləri yığcam edirəm. Sənət dostlarım var ki, səmimi ortamda keçirdiyim ad günlərimə hər il gəlirlər”.

Xalq artisti builki ad günündə maliyyə dəstəyi olmadığı üçün konsert keçirməyəcəyini deyib: 

“4 günlük konsertimi keçirmək üçün 250 min manat maliyyə sərf olunmuşdu. Bu il konsert olsa, azından 100-150 min manat maliyyə lazımdır. Biz bu maliyyəni hələ ki, tapmadıq. Mən də natamam iş görmək istəmirəm”.

F.Ağayev ad günlərində ən çox anasından hədiyyə gözlədiyini söyləyib:
 
“Hədiyyə verməyi çox sevirəm. Ən çox gözlədiyim hədiyyəm isə anamdan olur”.

Faiq Ağayev əlavə bizneslə məşğul olmadığını bildirib:

“Bu yaşıma qədər əlavə biznes haqda düşünməmişəm. İnanmıram ki, bundan sonra nəsə fikirləşim. Mən o qədər ciddi insanam ki, gərək gedib kiminsə başının üstündə durum. Bu isə o deməkdir ki, mən oxumayacağam. Oxumamaq isə, mənim üçün nəfəs almamaq kimi bir şeydir. Müğənnilik olmasa, mən televiziya sahəsində çox gərəkli olaram. Prodüser, aparıcı, rejissor kimi çalışa bilərəm”.

Xalq artisti həmkarı Aygün Kazımova ilə duet oxumamasının səbəblərindən də danışıb:

“Əgər bizə uyğun mahnı yazsalar, Aygün xanımla duet oxuyacağam. Hələ belə bir mahnı tapmıram. Arada təklif olunmuşdu, bəyənmədim, oxumadım. Sonra Aygün o mahnını solo oxudu”.

Foto: Ramin ASLANOV