Sabah sulu qar yağacaq

Sabah sulu qar yağacaq
7552 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Azərbaycan ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a bildirilib ki, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz Abşeron yarımadasının bəzi yerlərində çiskin olacaq, zəif yağış yağacağı ehtimal edilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, dağlıq ərazilərdə sulu qar yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2-dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 4-9 dərəcə isti olacaq.