Elgizdən İradə İbrahimovaya: "Böyük iş edib?"

Elgizdən İradə İbrahimovaya: "Böyük iş edib?"
7488 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS-in aparıcısı Elgiz Əkbər müğənni İradə İbrahimova ilə türkiyəli aktyor Cem Yılmazın duetinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, aparıcı onların "Neyləyək alınmadı" mahnısını oxuması ilə bağlı xəbər səsləndirən həmkarı Xanım Eynullayevaya irad bildirib:

"Son dövrlər konsertlər yoxdu, müğənnilərlə bağlı heç nə baş vermir. Bu xəbəri neçə gündür deyirlər. Bezmişəm, cürüdüb bu xəbər. Böyük bir şey olub? Daha maraqlı xəbərlərlə gündəmi zəbt edin. Elə bil ki, Cennifer Lopes azərbaycanlı müğənninin mahnısını oxuyub. Bu xəbərə görə Xanıma muştuluq düşür. Gərək bu günü qeyd edək".

Qeyd edək ki, Cem Yılmaz "Ali baba və 7 cücələr" filmində sözügedən mahnını səsləndirib. Daha sonra aktyor və İ.İbrahimova bir araya gələrək, "Neyləyək alınmadı" mahnısını duet şəklində səsləndirib.