Şəxsiyyət vəsiqəsi ilə bağlı yeni rüsumlar sabahdan qüvvəyə minir

Şəxsiyyət vəsiqəsi ilə bağlı yeni rüsumlar sabahdan qüvvəyə minir
7031 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsinin yeni rüsumları dekabrın 1-də qüvvəyə minir.

Axşam.az-ın Report-a istinadən məlumatına görə, "Dövlət rüsumu haqqında" qanuna edilən yeni dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.