“Parni iz Baku”nun rəhbəri NTV-nin baş prodüseri oldu

“Parni iz Baku”nun rəhbəri NTV-nin baş prodüseri oldu
3133 dəfə oxunub
  • A-
  • A
  • A+
Timur Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseri təyin edilib.
 
Axşam.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat kanalın rəsmi saytında yerləşdirilib. “Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edilib.

O bu vəzifəni televiziya direktorunun müavini vəzifəsi ilə birgə icra edəcək”, - məlumatda deyilir. O, yeni vəzifəsinin icrasına cari ilin dekabrın 1-dən başlayacaq.

Həmçinin bildirilir ki, bu vəzifəni əvvəl icra edən Danila Şarapaov NTV kanalını tərk edib.

Qeyd edək ki, Timur Vaynşteyn 1991-ci ildən “Parni iz Baku” (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir.