Mesut Özilin sevgilisi türk gözəl haqda: "Əsl simasını gördü"

Mesut Özilin sevgilisi türk gözəl haqda: "Əsl simasını gördü"
7726 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə və dünya gözəli Amine Gülşe tənqidə məruz qalıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçu Mesut Özillə sevgili olduğu iddiaları yayılan, lakin az sonra belə bir şeyin olmadığı aydınlaşınca model depressiyaya düşüb. M.Özil keçmiş sevgilisi Mendi Kapristoyla barışdığını elan edəndən sonra Aminenin yalanları ortaya çıxıb.

Bu günlərdə isə Mendi türk modeli əsəbiləşdirəcək sözlər deyib:

"Mesut çox yaxşı insandır. Qadınların şöhrət üçün ondan istifadə etməyə çalışdığını heç vaxt anlamır. Məndən ayrıldığı qısa müddət içərisində də adı belə insanlarla bir yerdə çəkildi. Mesut gec də olsa, hər kəsin əsl simasını gördü".