"Çox pul istəyəcəm" - Faiq Ağayev

"Çox pul istəyəcəm" -  Faiq Ağayev
1290 dəfə oxunub
  • A-
  • A
  • A+
“Rejissorlarımız qonorarın böyüklüyündən qorxur, ona görə də məni filmlərə dəvət etmirlər. Elə düşünürlər ki, çox pul istəyəcəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev “Star life” verilişinə açıqlamasında deyib. O, özünü aktyor kimi də sınamaq istədiyini bildirib:

“Serialda çəkilməyi düşünmürəm. Məsuliyyətli insanam. Sənətimdə nəsə olsa, başım qarışar, hansısa bölümdə olmaya bilərəm. Amma film təklifi gəlsə razılaşaram. Aktyorluq təhsili almışam. Mənim Şəfiqə Məmmədova, Cənnət Səlimova, Yaşar Nuri kimi müəllimlərim olub. Bizdə çəkilən filmlər ancaq komediya janrındadır. Dramatik obrazda da oynaya bilərəm. Necə aktyor olduğumu bilmək istəyən, 1990-cı ildən bu yana çəkdirdiyim kliplərə baxsın”.