Natavan ilk dəfə Toliklə barışmasından danışdı

Natavan ilk dəfə Toliklə barışmasından danışdı
2167 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi ilk dəfə prodüser Toliklə barışığından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində dostlarının bu barışığa sevinmədiyini bildirib:

“Bizim bu barışığa çoxları məyus oldu. Mənim rahat günümə o qədər də çox sevinən olmadı. Üzdə bizi təbrik edib, içdə pis olanlarda oldu. Bu məsələdən istifadə edənlər çox imiş. Qalmaqal insanı narahat edir. Oturub ancaq onu düşünürsən. Amma indi digər işlərimlə məşğul oluram. Bundan sonra bu barışıq haqda heç nə danışmaq istəmirəm. Olub-keçənləri unutmaq istəyirəm. Bu mənim üçün ağır zərbə idi. Şou-biznes qalmaqalı deyildi. Şəxsi problem idi. Sonunda hər şeyin aydınlaşması mənə rahatlıq gətirdi. Mənim üçün böyük dərd idi. Adının üstünə ləkə gələndə onu təmizləmək istəyirsən. İndi bizim Toliklə münasibətimiz sıfırdan başlayıb”.