İlhamə Quliyevanın evə buraxılacağı gün bəlli oldu

İlhamə Quliyevanın evə buraxılacağı gün bəlli oldu
1631 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyevanın Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılacağı gün dəqiqləşib.

Axşam.az-ın məlumatına görə, lent.az-a açıqlama verən xalq artistinin oğlu Orxan Nadirov bildirib ki, dekabrın 4-də anası evə buraxılacaq:

“Şükürlər olsun ki, müalicələr öz bəhrəsini verib. Anamın bədənində olan zəhərlənmələr və digər fəsadlar aradan qalxıb. Həkimlər sağ olsun. Artıq anamın orqanizmi tər-təmizdir. Allahın köməyi ilə bu həftənin cümə günü anam evə buraxılacaq”.
 
 
Xatırladaq ki, İ.Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Xəstəxanaya yerləşdirilən xalq artisti səhhəti barədə Lent.az-a bu sözləri demişdi:
 
“Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verliib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər xəstəxanasında xüsusi diqqət göstərdilər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.