Ayandan Tolikə cavab: "Ətrafımızdakılar qısqandılar"

Ayandan Tolikə cavab:  "Ətrafımızdakılar qısqandılar"
5049 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva prodüser Tarix Əliyevin (Tolik) barışma təklifinə münasibət bildirib.

Axşam.az-a açıqlama verən sənətçi bu təklifə müsbət yanaşdığını bildirib:

“Tolik cox sag olsun ki, 9 milyon insanın qarşısında qızıma olan məhəbbətindən danışdı. Onun balamı bu qədər istəməsi mənə xoş oldu. Natavanla barışığa gəlincə... Aramızda ciddi problemimiz olmayıb, bir-birimizin şəxsiyyətinə, mənliyinə toxunmamışıq. Barışmaqda pis heç nə görmürəm. Hər zaman Tolik haqda danışanda demişəm ki, “Sənin nəyin var dilindədir, ürəyin çox təmizdir. Adi bir sözdən tez kövrəlib, ağlaya bilərsən”. Bilirəm ki, Tolik çox yaxşı insandı. Allah ona övlad qismət eləsin. Gözəl ata olacaq. Selenaya o qədər sevgi bəxş etdi ki, ətrafımızdakı insanlar uşağa olan sevgisinə görə, onları bir-birinə qısqandılar. Nə Selena Toliki unudub, nə də qızımın dayı dediyi Tolik onu".

Qeyd edək ki, Tolik A.Babakişiyeva ilə Sevil-Sevinc bacıları arasında küsülülük yaşandığını bildirmişdi:

"Arada haqsızlıq olub. İstəyərəm ki, vaxtilə evində qonaq olduğumuz, balasını çox istədiyimiz insanla barışaq. Mən də Ayanla küsülüyəm. Selena üçün (Ayan Babakişiyevanın qızı - red.) çox darıxırıq. Ona görə nələrinsə üstündən keçək. Ayanın burnu sağalsın, hamımız bir araya yığışaq. Natavan Həbibi də Ayanla barışsın. Ayanla birlikdə Misirdə olmuşuq. Həmişə deyirdi ki, kiminsə badına gedib, nələrsə edirdim".